SON XƏBƏRLƏR

Masallıda 624 şagird yerlik məktəb binası inşa edilib. Bu haqda bu gün, 20 yanvar tarixində Cenublu.az Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbinə istinadən xəbər verir.

Masallı rayonu İnqilab Nağıyev adına Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbin yeni binası tikilib. 3 mərtəbəli binada 28 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya otaqları, kompüter otağı, akt və idman zalları, kitabxana, bufet və digər otaqlar var.

Yeni məktəb binası su, elektrik və istilik sistemi ilə, o cümlədən binaya fasiləsiz elektrik enerjisi vermək məqsədilə generatorla təmin olunub. Məktəbin həyətində minifutbol, həndbol və basketbol meydançaları inşa edilib.