Masallıda tövlənin dam örtüyü külə çevrilib. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.