SON XƏBƏRLƏR

Masallıda baş verən yanğın nəticəsində ana və 2 övladı dünyasını dəyişib. Bu haqda bu gün, 7 sentyabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Hadisə rayonun Hüseynhacılı kəndində baş verib. 71 yaşlı Alim Kəlbiyevə məxsus ümumi sahəsi 300 kv.m olan ev yanıb. Hadisə zamanı 38 yaşlı Gülnaz Kəlbiyeva, 11 yaşlı oğlu Elbrus Kəlbizadə və 10 yaşlı oğlu Elviz Kəlbizadə yanaraq ölüblər.

Yanğın zamanı evdə daha iki nəfər xəsarət alıb. 63 yaşlı Nərminə Kəlbiyeva və evə qonaq gəlmiş Rusiya vətəndaşı 31 yaşlı İsmayıl Abbasov

ikinci mərtəbədən aşağı tullandığından müxtəlif xəsarətlər alıblar.

Verilən məlumata əsasən, kənddə işıqlar söndüyündən ailə şam yandırıb. Onlar yatan zaman şam nəzarətsiz qalıb və ev alışıb.