SON XƏBƏRLƏR

Masallı rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları tərəfindən “Xalq Teatrlarının IV Zona Müşavirəsi” keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Müşavirəni Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və tədbir barədə ümumi məlumat verib.

Sonra Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Samirə Həsənzadə, elmi katib Cavid Əliyev çıxış edərək xalq teatrlarının fəaliyyətindən, mövcud problemlərdən və yeni əsasnamədə nəzərdə tutulacaq məsələlərdən danışıblar.

Tədbir iştirakçılar tərəfindən verilən təkliflər və qarşıda duran vəzifələrin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, tədbirdə Masallı Regional Mədəniyyət İdarəsi ilə yanaşı, Lənkəran, Sabirabad və Biləsuvar Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nəzdində yaradılmış xalq teatrlarının əməkdaşları da iştirak ediblər.

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər