SON XƏBƏRLƏR

Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 yanvar tarixində verir.

Tədbirdə çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşmasının Tofiq Kazımovun adı ilə bağlı olduğunu vurğulayıb. Həmçinin qeyd olunub ki, Tofiq Kazımovun Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalar mərhum sənətkarın özünəməxsus xüsusi yaradıcılıq üslubunun parlaq nümumunəsi idi.

Sonra kitabxananın əməkdaşı Gülər Kərimova Tofiq Kazımovun səhnə fəaliyyəti və yaradıcılığı haqqında məruzə ilə çıxış edib.