SON XƏBƏRLƏR

Masallıda Birinci Qarabağ və Vətən müharibəsi qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

İştirak edənlər arasında Vətən Müharibəsi Veteranlar İctimai birliyinin Masallı Rayon şöbəsinin(VMVİB) sədr müavini Samir Əkbərov, şəhid ailələri, mədəniyyət işçiləri və “ASAN xidmət” mərkəzinin könüllüləri olublar.

Tədbirdə oktyabr ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlər haqqında geniş məlumat verilib, onların valideynlərinə dərin ehtiram ifadə olunub.

Sonra  şəhid ataları Famil Məmmədov və Turac Quliyev övladları haqqında danışaraq, oğulları ilə qürur duyduqlarını söyləyib, qazi və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətə, bu işi icra edən şəxslərə şəhid ailələri adından minnətdarlıqlarını  bildiriblər.

Yekunda tədbirdə iştirak edən, oktyabr ayında doğulan şəhidlərin ailələrinə layihə təşkilatçıları tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub, xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı ilə baş tutub.