SON XƏBƏRLƏR

“Vətənpərvərlik klubu” çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Vətən müharibəsi qazisi Hüseynov Samiq Fəttah oğlunu ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 aprel tarixində verir.

Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bölüşüb.

Qeyd edək ki, Hüseynov Samiq Fəttah oğlu 8 iyul 1998-ci il tarixində Masallı rayonunun Şıxlar kəndində anadan olub. 2004-2013-ci illərdə orta təhsil alıb, 2016-2018-ci illərdə çağırışçı kimi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində keçib. Qəhrəmanımız Füzuli, Şuşa və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşdə belindən və ayağından yaralanıb, 3-cü qrup əlildir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Hüseynov Samiq Fəttah oğlu “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.