S.Rəhimov adına Masallı rayonu Köçəkli kənd tam orta məktəbinə direktor vəzifəsinə təyinat olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 mart tarixində verir.
Qeyd olunan vəzifəyə Qurbanov Ceyhun Qürbət oğlu təyin olunub. Təyinatdan öncə Masallı rayonu Qarğalıq kənd tam orta məktəbinin tarix müəllimi olan Ceyhun Qurbanov Cəbrayıl və Qubadlı rayonlarının düşməndən azad olunması zamanı kəşfiyyat tağım komandiri kimi bir çox mühüm tapşırıqları layiqincə yerinə yetirib. O, Qubadlı rayonu uğrunda gedən son döyüşlərdə yaralanıb.
İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Cəsur döyüşçü”, “Cəbrayıl rayonunun azad olunması uğrunda”, “Qubadlı rayonunun azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.