Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Masallı və Lənkəran rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 aprel tarixində Report.az-a istinadən verir.
Araşdırma zamanı ağacların Masallı rayonu, Çaxırlı kəndində Mübariz Dadaşov, Lənkəran rayonu, Günəhir kəndində isə Günəhir bələdiyyəsi tərəfindən kəsildiyi məlum olub.
Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.