SON XƏBƏRLƏR

Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqlar millətin sabahıdır” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində verir.

Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Nigar Vahabzadə bildirib ki, uşaqlar cəmiyyətin diqqət və qayğıya möhtac olan zərif üzvləridir. Onların sağlam,firavan və təhlükəsiz şəraitdə yaşamasının təmin olunması dövlətin qarşısında duran ən vacib vəzifələrdən biridir.

Sonra Mərkəzi Kitabxananın əməkdaşı Gülər Piriyeva uşaq hüquqlarının qorunması mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri, həmçinin Heydər Əliyev Fondunun uşaqlara dəstək məqsədilə həyata keçirdiyi layihə və tədbirlər haqqında iştirakçılara geniş məlumat verilib.