SON XƏBƏRLƏR

Masallı rayonunun Bədəlan kənd tam orta məktəbində Ombudsman

tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqları mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.

“Uşaq hüquqları aylığı”nın keçirilməsinin məqsədi BMT-nin Uşaq hüquqları Konvensiyasının qəbul olunmasının 32-ci ildönümü, 20 noyabr – Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaqların hüquqlarının qorunması işinin daha da  yaxşılaşdırılmasıdır. Bu istiqamətdə respublikamızda bir sıra tədbirlər həyata keçirilir.

Tədbirdə “Uşaqların ailədə hansı hüquqları var?” mövzusunda məruzə olunub. Sonra şagirdlərin öz hüquqları haqqında fikirləri dinlənilib. Tədbirin sonunda şagirdləri düşündürən suallara cavab verilib.