Masallıda qış mövsümünə hazırlıq məqsədilə təmizlik işləri görülür. Bu haqda bu gün, 6 dekabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
İcra hakimiyyəti başçısının tapşırığına əsasən, rayonun bütün ərazilərində istirahət günləri ümumrayon iməciliyi keçirilir. İməcilik işləri çərçivəsində ictimai yerlər və mərkəzi yolların kənarları məişət tullantılarından təmizlənir, yabanı şəkildə bitmiş kol-koslar qırılır, sakinlərin hərəkətinə maneə törədən ağac budaqları budanır və küçələrdə yığılan yağış sularının kanallara tökülməsi istiqamətində işlər aparılır.