SON XƏBƏRLƏR

Masallıda şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunan tir atıcılığı üzrə yarış keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.

Yarışma 11 may saat 10:00-da Masallı rayon Gənclər Evi Sosial Xidmət müəssisəsində baş tutacaq.

Qeyd edək ki, yarışma Masallı rayon Gənclər və İdman İdarəsi, Masallı rayon Təhsil şöbəsi və Masallı Gənclər Evinin birgə təşkilatçılığı ilə keçiriləcək.