SON XƏBƏRLƏR

Masallıda Yeddioymaq kəndindən olan görkəmli ziyalımız Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyi münasibətilə büst ucaldılıb. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az xəbər verir.

Açılış mərasimində icra başçısı Araz Əhmədov, millət vəkilləri – Anar İsgəndərov, Məşhur Məmmədov, Razi Nurullayev, Fazil Mustafa, Musa Qasımlı, Etibar Əliyev, rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər.

Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə ucaldılmış büst Teymur bəy Bayraməlibəyovun bir vaxtlar yaradıcısı olduğu T.Bayraməlibəyov adına 2 saylı orta məktəbin qarşısında quraşdırılıb.