Masallıda tikilinin içərisinə yığılan təsərrüfat malları tələf olub. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılan təsərrüfat malları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.