SON XƏBƏRLƏR

Masallıda iaşə obyektinin dam örtüyü yanıb. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.

Rayonun Həsənli kəndində ümumi sahəsi 24 kv. olan təndirxananın dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və içərisinə yığılan 2 kubmetr odun yanıb. Təndirxananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.