SON XƏBƏRLƏR

Masallıda yağıntılı hava şəraitini nəzərə alaraq, kanalların təmizliyi işləri görülür. Bu haqda bu gün, 26 dekabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Rayonun Qarğalıq ərazi nümayəndəliyində təmizlik işləri aparılır. Su kanalları gildən təmizlənir və xəndəklərə yığılan kol-koslar yığışdırılır. Təmizlik işləri ərazi nümayəndəliyi və Sukanal idarəsinin təşkilatçılığı ilə keçirilir.