SON XƏBƏRLƏR

Masallı rayonunun Türkoba kəndində təmir sexi yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Belə ki, ümumi sahəsi 84 kv.m. olan bir dam altında tikilən dörd boksdan ibarət avtomobil təmiri sexinin 45 kv.m. sahədə yanar konstruksiyaları və içərisində təmirə dayanan 2 ədəd “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.