SON XƏBƏRLƏR

Masallı Rayonunda I Qarabağ müharibəsi şəhidi Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbinin akt zalının əsaslı təmirindən sonra açılışı həyata keçirilib. Bu haqda bu gün, 24 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

İcra başçısı Araz Əhmədovun tapşırığına əsasən, 200 nəfərlik tutuma sahib akt zalı rayon xeyriyyəçilərinin vəsaiti hesabına təmir edilib.

Akt zalının açılışında Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Masallı Təhsil şöbəsinin direktoru Qoşqar Hətəmov, şəhid ailələri, məktəbin müəllim kollektivi və media nümayəndələri iştirak ediblər. Açılışda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək, ulu öndər Heydər Əliyevin ölkəmizin uşaqlarına, müəllimlərinə, təhsilinə necə dəyər və önəm verdiyindən danışıb. O, məhz ulu öndərin 100 illiyində bu sahədə olan problemlərin aradan qaldırılmasına çalışdıqlarını, bu açılışın da bunun göstəricisi olduğunu vurğulayıb.

Daha sonra Elxan Nəcəfov çıxışında ölkəmizdə təhsilin və təhsilalanların rifahı üçün atılan addımlardan danışıb.