Masallıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Bu haqda bu gün, 24 yanvar tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Şəhər ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini E.Ağayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinə nəticəsində bəlli olub ki, E.Ağayev nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edib.
Məhkəmənin qərarına əsasən, E.Ağayev sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla cərimə olunub.