Stolüstü Tennis Federasiyasının Masallı filialının açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən açılışda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili, millət vəkilləri Musa Qasımlı, Cavanşir Paşazadə, Anar İsgəndərov, Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslamov, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əlniyaz Mirzəyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən rayon sakinləri övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaratdıqları şəraitə görə təşkilatçılara və icraçılara təşəkkürlərini bildiriblər.