SON XƏBƏRLƏR

Masallıda “Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri” adlı proqram-layihə çərçivəsində tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində Masallı RİH-yə istinadən verir.

Tədbirdə ötən aylar ərzində görülmüş və görüləcək işlər barədə geniş məruzə ilə çıxış olunub. Sonra toplantıda iştirak edən tərəfdaşların hər biri sözügedən layihə çərçivəsində görülmüş işlər haqqında məlumat verib, onlara ünvanlanan sualları cavablandırıb.Tədbirin birinci hissəsi qonaqları və tərəfdaşları maraqlandıran sualların müzakirəsi ilə yekunlaşıb.

Tədbirin ikinci hissəsində tərəfdaşlar və qonaqlar Masallı Sənaye Məhəlləsində qısa müddətdə fəaliyyətə başlayan ilk Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzinə səfər ediblər. Qonaqlar Mərkəzdə həssas sosial qrup nümayəndələrinin və əlilliyi olan şəxslərin məşğulluğunu təmin etmək üçün təşkil olunmuş dərzilik və xalçatoxuma kursunun peşəkar təlimçilərinin iş prosesi ilə yaxından tanış olublar.