SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov növbəti səyyar qəbul-görüşü Xırmandalı ərazisində keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.

Qəbul zamanı icra başçısı sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəyib.

Daha sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal həll edilib, digər məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.