Masallıda gənclərin inkişafı üçün maarifləndirici təlim təşkil edilib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az Masallı Gənclər evinə istinadən xəbər verir.
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Əsas Həyat Bacarıqları təlim proqramı çərçivəsində gənclər üçün “Şəxslərarası effektivlik” mövzusunda növbəti təlim keçirilib. Təlim zamanı gənclər qaydalar, şəxslərarası effektivliyin vacib elementləri, sərhədlər, yox deməyin müxtəlif yolları ilə bağlı beyin həmləsi haqqında ətraflı məlumatlar əldə ediblər.
Həmçinin gənclər üçün müxtəlif praktiki tapşırıqlar, qrup işləri və enercayzerler təşkil olunub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, “Masallı Gənclər Evi” SXM-in təşkilatçılığı ilə reallaşıb.
Təlimlər “Masallı Gənclər Evi” SXM-in metodisti Tural Sadıqov və dərnək rəhbəri Məhəmməd Hüseynov tərəfindən keçirilir.