Masallıda sərbəst güləş və yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 may tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Birincilikdə 11 çəki dərəcəsi üzrə 100 nəfərə yaxın idmançı iştirak edib. Yarış Dünya Güləş Birliyinin qaydalarına uyğun olaraq keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin sonunda qalib gəlmiş idmançılar Təşkilat Komitəsi tərəfindən müvafiq diplom, medal və sponsor tərəfindən pul mükafatı ilə təltif olunublar.