Masallı rayon icra başçısı sakinlərlə növbəti səyyar görüş-qəbulunu keçirib. Bu haqda bu gün, 15 mart tarixində Cenublu.az Masallı Xəbərlərinə istinadən xəbər verir.
Səyyar görüş-qəbulda YAP Masallı RT-nin sədri Seyfəddin Əliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak ediblər.
İlk növbədə ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlayıb və səyyar görüş-qəbulunu açıq elan edib. Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov Çaxırlı ərazisində sakinlərin rayon rəhbəri ilə ötən görüşü zamanı etdikləri müraciətlərin həlli vəziyyəti ilə bağlı məlumat verib.
Rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.
Qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib.