SON XƏBƏRLƏR

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli şair Əliağa Kürçaylının anadan olmasının 95 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 fevral tarixində verir.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, Əliağa Kürçaylı 20 fevral 1928-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olub. Gənc yaşlarından poeziyaya marağı ilə seçilən şairin qələmə aldığı “Sənin gözlərin” adlı ilk şeirinin ona ədəbiyyatda böyük uğur gətirdiyi vurğulanıb.

Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova məruzə ilə çıxış edərək qeyd edib ki, Əliağa Kürçaylı müxtəlif illərdə dövri mətbuatda və nəşriyyat sahəsində işləyib, “Yazıçı” nəşriyyatında baş redaktor vəzifəsinə qədər yüksəlib.

Cahit Bağçı
Aktual

Cənub zonasında yaşayan türk vətəndaşlarının nəzərinə

Cənub rayonlarında yaşayan türk vətəndaşları Türkiyədə keçirilən seçkilərdə iştirak edə biləcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib ki,