Masallıda birinci və ikinci Qarabağ müharibələri zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə bağ salınıb. Bu haqda bu gün, 29 noyabr tarixində Cenublu.az Apa-ya istinadən xəbər verir.
“PAŞA Holding”-in dəstəyi ilə Masallıda 250 ədəd sərv, şam və tuya ağacı əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, qazilər, “PAŞA Holding”-in, “Kapital Bank”-ın və “Qırmızı Ürəklər” Fondunun əməkdaşları iştirak ediblər. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanının dəstəyi ilə keçirilib.