Masallıda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi böyük ehtiramla yad edilib. Bu haqda bu gün, 20 yanvar tarixində Cenublu.az “Masallı Xəbərləri”nə istinadən xəbər verir.
Masallı şəhər “Qəhrəmanlar parkı-Şəhidlər abidə kompleksi”ndə 20 Yanvar faciəsinin 33-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib. Mərasimdə İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, ağsaqqallar, ziyalılar, məktəblilər, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri 20 Yanvar şəhidlərinin abidəsi önünə təzətər qərənfillər düzərək şəhidlərin ruhunu ehtiramla yad ediblər.
Eyni zamanda rayon ərazisində matəm əlaməti olaraq, Dövlət Bayrağı endirilib, saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.