SON XƏBƏRLƏR

Masallı rayonunun Mahmudavar kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Röyad Famil oğlu Məmmədovun anım mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri,SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Röyad Famil oğlu Məmmədovun  ailəsini ziyarət edən icra başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanıb və hər zaman onların yanında olduqlarını bildiriblər.