Masallıda Birinci Qarabağ müharibəsi şəhidi Roman Camal oğlu Əliyevin ailəsi ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 dekabr tarixində verir.
Ziyarət zamanı SHXÇDX-nin Masallı rayon şöbəsi və Təzəkənd ərazi nümayəndəliyinin əməkdaşları şəhidin ailəsi ilə maraqlanıb, qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan danışıblar. Həmçinin ailəyə bayram payı təqdim olunub. Şəhid atası Camal Əliyev göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.