Masallı rayonunun Şərəfə kəndində Vətən müharibəsi şəhidi Nurlan Fərrux oğlu Əbilovun ildönümü mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.
Mərasimdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.
Qeyd edək ki, Nurlan Əbilov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.