SON XƏBƏRLƏR

Masallı rayonu, Xırmandalı kəndi ərazisində, Hacıtəpə-Ərəb yolu boyunca ümumu uzunluğu 550 metr olan “Şəhidlər bağı” salınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.

Belə ki, Masallı rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin, şəhid ailələrinin və sakinlərin köməkliyi ilə yolun mühafizə zolağında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Qəhrəman Masallı şəhidlərinin şəkilləri olan lövhələr quraşdırılıb, müxtəlif ağaclar əkilib və ətrafı çəpərə alınıb.

Qeyd edək ki, “Şəhidlər bağı” Vətən müharibəsi şəhidi Masim Qurbanovun atası Hafis Qurbanovun təşəbbüsü və rəhbərliyi ilə salınıb.