SON XƏBƏRLƏR

Masallı rayonunun Mahmudavar kəndində şəhid çavuş Nayib Qasımovun ailəsi ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.

Ziyarətdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov şəhid ailəsini ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, tarix yazan şanlı ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Sonra Araz Əhmədov, Məşhur Məmmədov və Anar İsgəndərov şəhid ailəsinin qayğıları ilə maraqlanıblar.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda