SON XƏBƏRLƏR

Masallı rayonunun Böyük Xocavər kəndində şəhid Bəyalı Məmmədovun ailəsi üçün tikilən evin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində “Space xəbər”ə istinadən verir.

Mərasimdə şəhidin ailə üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Birmərtəbəli, 3 otaqdan ibarət evi Prezident İlham Əliyevin Sərəncamına əsasən, Sosial Xidmətlər Agentliyi tikib.

Qeyd edək ki, Bəyalı Məmmədov 13 avqust 1992-ci ildə Ağdərə rayonunun Metişen kəndində şəhid olub. O, mühasirədə olan hərbçi yoldaşlarına silah-sursat apararkən düşmən gülləsinə tuş gəlib. Böyük Xocavər kənd orta məktəbi şəhid Bəyalı Məmmədovun adını daşıyır.