Masallıda polis rəisi və jurnalist mükafatlandırılıblar. Bu haqda bu gün, 29 dekabr tarixində Cenublu.az “Masallı Xəbərləri”nə istinadən xəbər verir.
Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayevə və “Masallı xəbərləri” milli informasiya portalının Baş redaktoru Rauf Cəbiyevə Fəxri Fərman verilib.
Azay Ağayev və Rauf Cəbiyev çıxış edərək, Masallı rayon Vətən müharibəsi şəhidlərinin ailələrinə minnətdarlıq ifadə ediblər.
Qeyd edək ki, mükafatlar Masallı rayon Vətən müharibəsi şəhidlərinin ailələri adından hazırlanıb.