SON XƏBƏRLƏR

Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər ziyarət olunublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 sentyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan ziyarətlərdə MİHİ-nin rayon komitəsinin sədri Vəkil İsmailov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və tabe müəssisə rəhbərləri iştirak ediblər.

Ziyarətlər zamanı valideynlər şəhid övladlarının həyatlarından və döyüşdəki şücaətlərindən danışıblar.

Sonra mədəniyyət rəsmiləri rayonun bir neçə kəndində Vətən müharibəsi qazilərinə baş çəkiblər. Mədəniyyət işçiləri qazilərlə görüşlərdə onların səhhəti və ehtiyacları ilə maraqlanıblar. Qazilər isə cəbhə xatirələrini qonaqlarla bölüşüblər.

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər