SON XƏBƏRLƏR

Masallıda fermadan qoyun oğurlama faktı aşkar edilib. Bu haqda bu gün, 12 yanvar tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Hadisə rayonun Bədəlan kəndində yerləşən fermada baş verib. G.Əliyevə məxsus fermadan ümumi dəyəri 10840 manat olan 32 baş qoyun oğurlanıb. Masallı polis əməkdaşlarının axtarışları nəticəsində oğruların Sirəbil kənd sakinləri V. Şahmarov və İ. Əhmədli olduqları müəyyən edilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.