Ötən gün baş verən qasırğa və yağan leysan Masallıya ciddi ziyan vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində Report.az-a istinadən verir.
İlkin məlumatlara görə, rayonun Təzə Alvadı kəndində 30-a yaxın evin dam örtüyünə ziyan dəyib, 5 evin isə yaşayış üçün qəzalı olduğu müəyyən olunub.
Bundan başqa, güclü qasırğa və leysan yağışı ilə müşayiət olunan qeyri-sabit hava şəraiti nəticəsində elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Əkin sahələri subasmaya məruz qalıb.
Təmir briqadaları elektrik enerjisinin verilişində yaranan problemlərin aradan qaldırılması istiqamətində çalışır.
Masallı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əhaliyə dəymiş ziyan hesablanır.