SON XƏBƏRLƏR

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin və Masallı rayon gənclər və idman idarəsinin kollektivi “Gənclər həftəsi” çərçivəsində Il Qarabağ Müharibəsi qazisi Hüseynov Tosif Məmmədağa oğlunu ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində verir.

Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bölüşüb.

Qeyd edək ki, Hüseynov Tosif Məmmədağa oğlu 3 may 1998-ci il tarixində Masallı şəhərində anadan olub. 2016-2018-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb.

ll Qarabağ Müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, Şuşa rayonunun Daşaltı kəndinin azadlığı uğrunda gedən döyüşdə ağır yaralanıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Hüseynov Tosif Məmmədağa oğlu “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.