Masallıda iki avtomobilin toqquşması nəticəsində ölən və xəsarət alanlar var. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Hadisə rayonun Banbaşı kəndində baş verib. Yadigar Cəlilovun idarə etdiyi “VAZ 21011” markalı və Q.Məmmədlinin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə Y.Cəlilov hadisə yerində ölüb, “VAZ 21011” markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha 2 yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.