Masallıda qaz infrastrukturunda təmir işləri aparılır. Bu haqda bu gün, 24 noyabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Təmir işləri rayonun Banbaşı ərazisinin Böyük Xocavar kəndində aparılır. Çuxurlar qazılaraq magistral qaz xətlərinin boruları dəyişdirilir.
Ərazidə dövlət qurumları tərəfindən yoxlamalar keçirilir.