SON XƏBƏRLƏR

Masallı rayonunun Birinci Yeddioymaq kəndində qətl hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.

Belə ki, kənd ərazisində yerləşən evlərin birində 27 yaşlı Fətullayeva Salatın Hüseyin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının atası, 54 yaşlı Şükürov Hüseyin Qurban oğlu saxlanılıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.