SON XƏBƏRLƏR

Masallıda qanunsuz tikilinin söküntüsü artıq yekunlaşıb.

Söküntü işləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təklükəsizliyə Nəzarət Dövlət Agentliyinin 5 noyabr 2022-ci il 005 nömrəli Qərarı ilə 6 noyabr 2022-ci il tarixində başlanılıb. Obyektdə olan məhsullar yük avtomobilləri ilə anbara daşınaraq binanın söküntüsünə günün ikinci yarısında start verilib və 7 noyabr 2022-ci il tarixində obyektin söküntü işləri tamamilə yekunlaşıb

Masallıda qanunsuz tikilinin söküntüsünə başlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təklükəsizliyə Nəzarət Dövlət Agentliyinin qərarı ilə (05 noyabr 2022-ci il -Qərar N 005) Masallı şəhəri Səfəralı Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişdiyi ünvanda Masallı şəhəri, Seybətin küçəsi, ev 38 ünvanında yaşayan İsmayılov Azər Əşrəf oğlunun qanunsuz hüquqi sənədi olmadan 5 (beş) mərtəbəli yaşayış binasına bitişik vəziyyətdə, binanın ümumi mülkiyyətində olan dövlətə məxsus torpaq sahəsində qanunsuz tikdirdiyi yüngül konstruksiyalı 448.0 kv.m olan obyektin söküntüsünə başlanılıb.