SON XƏBƏRLƏR

Masallıda icra başçısının tapşırığına əsasən, Masallı rayon Mənzil-İstismar Sahəsi tərəfindən qanunsuz tikililərin sökülməsi işləri davam etdirilir. Bu haqda bu gün, 30 mart tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Belə ki, Masallı şəhəri, Cəfər Cabbarlı, 31, 33 və Qarabağ, 8, 28 ünvanlarındakı çoxmənzilli yaşayış binalarının həyətində qanunsuz və heç bir sənədi olmadan tikilən 8 qaraj sökülüb. Eləcə də binaların önündə zəbt olunaraq hasara alınmış ərazilər zəbtdən azad olunub təmizlənərək ümumi istifadəyə verilib.