SON XƏBƏRLƏR

Masallı rayonunda qanunsuz olaraq ov edən 2 nəfər rayon sakini saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçiriblər. Nəticədə rayon sakinləri İ.Fərəcullayev və A.Əkbərovun üzərində sənədi olmayan 2 ədəd ov tüfəngi, ov zamanı istifadə olunan müxtəlif alətlər və qanunsuz olaraq ovladıqları çöl quşları aşkar edilib.

Qeyd edək ki, bundan əlavə, rayon ərazisində qanunsuz olaraq silah-sursat saxlanılması ilə bağlı həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2 rayon sakinindən ov silahları tapılaraq müsadirə edilib.

Faktlar üzrə araşdırmalar aparılır.

AQTA
Aktual

AQTA Astarada yerləşən mağazalarda nöqsanlar aşkar edib

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara şəhərində fəaliyyət göstərən ticarət obyəktlərində monitorinq təşkil ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində verir. Belə ki, yoxlama zamanı şəhərin H.Əliyev prospektində