Masallı rayonu ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 mart tarixində Report.az-a istinadən verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz kömür istehsal edən Masallı rayon sakinləri Telman Əliyev, Abid Abasquliyev, Asim Heydərov, Süleyman Süleymanov, İsrafil Abdullayev, Saməddin Feyzullayev, Yadigar Qurbanov, İxtiyar Səfərov müəyyən ediliblər.
Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb, aşkar olunan kömür quyuları ləğv olunub.