Masallıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis etdiyi “Qəhrəman təhsil işçiləri” adlı kitabın təqdimatı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.
R.Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Masallı rayon komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Təhsil sektorunun müdiri Qoşqar Hətəmov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Masallı rayon komitəsinin sədri Səfail Eyvazov, komitənin baş məsləhətçisi Rasim Nurullayev, Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru Ağamməd Şəmmədov, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, şəhid anası Mehriban Sultanova iştirak ediblər.
Tədbirdə ümumtəhsil məktəblərində şagirdlərə örnək göstərilməsində “Qəhrəman təhsil işçiləri” adlı kitabın rolundan danışılıb. Daha sonra tədbirdə iştirak edən 34 nəfər qazi təhsil işçisinə “Qəhrəman təhsil işçiləri” adlı kitab təqdim edilib.