SON XƏBƏRLƏR

Masallıda qadına kəsici alətlə xəsarət yetirərək pul tələb edən şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 noyabr tarixində verir.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisə rayonun Qızılağac kəndindəki evlərin birində baş verib. Ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb etməkdə şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə və oğurluğa görə məhkum olunmuş İntiqam Axundov müəyyən olunaraq saxlanılıb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.