SON XƏBƏRLƏR

Masallıda “25 noyabr-Qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Tədbirdə qadın zorakılığına qarşı beynəlxalq mübarizə gününün yaranma səbəbindən və ictimai diqqətin bu problemə yönəldilməsinin vacibliyindən danışılıb.Sonra zorakılığın müasir cəmiyyətdəki müxtəlif formaları və bu qlobal məsələnin daha çox qurbanı olan qadınlara göstərə biləcəyimiz dəstək vurğulanıb.

Yekunda iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi apararaq mövcud problemlərin həlli üçün istifadə oluna biləcək çıxış yollarını müzakirə ediblər.

Qeyd edək ki, tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə baş tutub.